Dünya

Bu öhdəliklərin icrası 1 ay sonra dayandırıldı

18 Jul 2026, 18:07 20 baxış Admin
Bu öhdəliklərin icrası 1 ay sonra dayandırıldı

İran ABŞ ilə münaqişənin dayandırılmasına dair memorandum çərçivəsindəki öhdəliklərinin icrasını dayandırıb.


“Bakupost” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi bildirib.
“Biz də öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda onları yerinə yetirmirik, çünki milli müdafiə məsələləri ilə məşğuluq”, - deyə o bildirib.
Xarici işlər nazirinin müavini vurğulayıb ki, amerikalıların özləri İrana qarşı “təcavüzkar hərəkətlər” törətməklə memorandum üzrə öhdəliklərini pozublar.
Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirmək və danışıqların yeni mərhələsinə başlamaq məqsədi daşıyan müvəqqəti anlaşma memorandumu imzalamışdılar.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər