Dünya

Dünyanın ən gözəl sözü... - tərcüməsi yoxdur

18 Jul 2026, 17:08 21 baxış Admin
Dünyanın ən gözəl sözü... - tərcüməsi yoxdur

Dünyada ən gözəl hesab edilən və Yeni Zelandiyada maori dilində olan söz açıqlanıb.


"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, "Kaitiakitanga" sözü qalib kimi qəbul edilib. Bu terminin başqa dillərə birbaşa tərcüməsi yoxdur. Beləliklə də, maori qəbiləsinə məxsus olan bu ifadə, insanın gələcək nəsillər naminə təbiəti qorumaq məsuliyyətini daşıdığını bildirir. Maorilər özlərini təbiətin sahibi yox, onun bir parçası hesab edirlər.
"Babbel" platforması sosial şəbəkələrdəki və dilçilik forumlarındakı müzakirələrə əsasən seçilmiş söz üçün ilk dəfə olaraq mükafat təqdim edib. Dilçilər, yazıçılar və mütəxəssislərdən ibarət beynəlxalq münsiflər heyəti ifadənin səsini, tələffüzünü, mənasını və mədəni baxımdan unikallığını qiymətləndirib. Ümumilikdə 75-dən çox dili təmsil edən 223 söz nəzərdən keçirilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər