Dünya

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem olacaq

17 Jul 2026, 17:50 21 baxış Admin
Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem olacaq

Endi Börnhem Böyük Britaniya Leyborist Partiyasının yeni lideri elan edilib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud hakim partiyanın xüsusi konfransında bildirib.
Beləliklə, o, iyulun 20-də Keyr Starmerin yerinə Baş nazir təyin olunacaq.
Börnhemin namizədliyini 403 Leyborist millət vəkilindən 369-u və bütün əlaqəli həmkarlar ittifaqları dəstəkləyib. Britaniya mediasının məlumatına görə, o, artıq Baş nazir vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2017-ci ildən bəri Böyük Mançesterin meri vəzifəsini tutan Börnhem 2001-ci ildən 2017-ci ilə qədər İcmalar Palatasının üzvü olub və Mədəniyyət, idman və media naziri, eləcə də Səhiyyə naziri vəzifələrində çalışıb.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər