Rusiyaya bir sıra istiqamətlər üzrə birbaşa reyslər bərpa ediləcək
17 Jul 2026, 16:36
23 baxış
Admin
Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslər bərpa ediləcək.
News24.az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Bayramov qeyd edib ki, bu, AZAL təyyarəsi ilə baş vermiş faciədən sonra məhdudiyyət tətbiq edilən istiqamətlər üzrə reyslərə şamil ediləcək.
Mənbə:
news24.az