Dünya

Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək

17 Jul 2026, 13:05 20 baxış Admin
Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək

“Rosselxoznadzor” sabahdan etibarən Türkiyənin 5 ixracatçı şirkətindən Rusiyaya çəyirdəkli meyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edir.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Məlumata görə, söhbət gilas, albalı, şaftalı, ərik və gavalı kimi meyvələrdən gedir:
“Qərar Türkiyədən Rusiyaya gələn çəyirdəkli meyvə məhsullarında Aİİ-yə üzv ölkələr üçün karantin bəyannaməsinə daxil olan zərərli orqanizmlərin sistematik şəkildə aşkarlanması ilə əlaqədar olaraq qəbul edilib”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər