Dünya

Fedorov da istefa verdi

15 Jul 2026, 23:45 23 baxış Admin
Fedorov da istefa verdi

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov öz Telegram kanalında vəzifəsindən istefa verdiyini təsdiqləyib.

News24.az xəbər verir ki, Fedorov bildirib: "Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək böyük şərəf idi".

Ukrayna Prezidenti Volodimir Zelenski deputatlarla görüşdə Fedrovun vəzifədən alınmasının iki səbəbini göstərib: Baş Komandan Oleksandr Sırski ilə müharibəyə fərqli baxış və Baş Qərargahla dövlət satınalmalarının əlaqələndirilməməsi.

Qeyd edək ki, iyulun 14-ü Ali Rada Baş nazir Yuliya Svırıdenkonun istefasını qəbul edib. Yeni kabinet 16 iyulda açıqlanacaq.

Xatırladaq ki, Mixaylo Fedorov 2026-cı ilin yanvar ayında müdafiə naziri təyin edilib. (Teleqraf)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər