İldə 10 milyon PUA istehsal edirik, 20 milyona qaldıracağıq
15 Jul 2026, 19:14
25 baxış
Admin
Ukrayna hazırda ildə 10 milyon dron istehsal edir, bu göstərici yaxın gələcəkdə 20 milyona çatdırılacaq.
"Bakupost" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bir vaxtlar dövlətin ildə 1 milyon dron istehsal edəcəyi planını açıqlayanda buna çoxları şübhə ilə yanaşırdı. İndi isə deyə bilərik ki, ildə 10 milyon dron istehsal edirik. Gələcəkdə isə 20 milyon olacaq", - Zelenski bildirib.
Mənbə:
bakupost.az