Dünya

ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı

15 Jul 2026, 19:03 25 baxış Admin
ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı

Nyu-Yorkda keçirilən hərracda 67 milyon illik T-Reks dinozavrının skeleti 50,1 milyon dollara satılıb.

News24.az-ın məlumatına görə, "Sotbis" hərrac evində satışa çıxarılan və "Qus" adlandırılan skelet indiyədək hərracda satılan ən bahalı dinozavr skeleti olub. Onun satış qiymətinin 20-30 milyon dollar olacağı gözlənilsə də, hərracda bu rəqəm xeyli üstələnib.

Qeyd edək ki, bundan əvvəlki rekord 2020-ci ildə 32 milyon dollara satılmış T-reks “Sten”in, daha sonrakı isə 2024-cü ildə 44,6 milyon dollara satılan "Apeks" adlı steqozavrın olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər