Cəmiyyət

Əli Əsədov Qətərə başsağlığı verdi

15 Jul 2026, 11:13 21 baxış Admin
Əli Əsədov Qətərə başsağlığı verdi

Baş nazir Əli Əsədov Qətər Dövlətinin Azərbaycandakı səfirliyində olub.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.

Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər