Dünya

BƏƏ Hörmüzdən yan keçməyə hazırlaşır, yeni liman tikir

14 Jul 2026, 21:09 25 baxış Admin
BƏƏ Hörmüzdən yan keçməyə hazırlaşır, yeni liman tikir

BƏƏ Hörmüz boğazından yan keçən yeni bir liman inşa edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Dubayda yerləşən “DP World” operatoru gəmilərin Hörmüz boğazından keçmədən Birləşmiş Ərəb Əmirliklərinə daxil ola bilməsi üçün yük daşıma qabiliyyətinin bir hissəsini ölkənin şərq sahilinə köçürmək istəyir.
İran boğazı bağladıqdan sonra ölkənin ən böyük limanı olan Cəbəl Əlidə fəaliyyət 90-95% azalıb.Yeni marşrut sayəsində konteynerləri Oman körfəzi sahillərinə çatdırmaq, daha sonra isə onları quru yolu ilə Dubay, Əbu-Dabi və regionun digər ölkələrinə daşımaq mümkün olacaq”, - məlumatda bildirilib.
Asena,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər