Dünya

Makronun həyat yoldaşı Zelenskini öpüşə qərq etdi - Video

14 Jul 2026, 15:24 17 baxış Admin
Makronun həyat yoldaşı Zelenskini öpüşə qərq etdi - Video

Fransanın birinci xanımı Bricit Makron Parisdə Bastiliyanın alınması günü münasibətilə keçirilən tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayarkən onu iki dəfə öpüb.

News24.az xəbər verir ki, görüşün görüntülərini "Novosti.LIVE" “Telegram” kanalı yayımlayıb.

Yayılan kadrlarda Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenska ilə birlikdə xidməti avtomobildən enib.

Onu ilk qarşılayan Bricit Makron olub və o, Ukrayna liderini iki dəfə öpərək salamlayıb.

Məlumata görə, Bastiliyanın alınması günü münasibətilə keçirilən hərbi paradda Ukrayna Silahlı Qüvvələrinin döyüş aviasiyası və şəxsi heyəti də iştirak edəcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər