Bizon yaşlı kişini vurdu, 2.5 metr havaya uçdu
13 Jul 2026, 17:38
20 baxış
Admin
ABŞ-nin Yellowstone Milli Parkında qorxulu hadisə baş verib. Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, aqressiv bizon yaşlı ziyarətçiyə hücum edib.
"Bakupost" xəbər verir ki, hadisə Montana ştatında qeydə alınıb. Nəvəsi ilə gəzən kişi qəfil bizonun hədəfinə çevrilib.
Heyvan buynuzları ilə ona zərbə vuraraq kişini təxminən 2,5 metr havaya atıb. Zərbə nəticəsində yaşlı kişi yaralanıb.
Bahar Babaşova, BakuPost
Mənbə:
bakupost.az