Buryatiyada güclü zəlzələ baş verdi
13 Jul 2026, 10:20
15 baxış
Admin
Rusiyanın Buryatiya Respublikasında 6,7 bal gücündə zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Buryatiya Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. İnfrastruktur obyektləri isə normal rejimdə fəaliyyətini davam etdirir.
Mənbə:
news24.az