Dünya

F-16 qırıcı təyyarəsi eniş zamanı alovlandı

10 Jul 2026, 18:38 18 baxış Admin
F-16 qırıcı təyyarəsi eniş zamanı alovlandı

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi uçuş zamanı nasazlıq yaşayıb.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə təcili olaraq Zakintos Beynəlxalq Hava Limanına yönləndirilib. Pilot eniş etməyə cəhd edib.
Lakin eniş şassisi açılmayıb. Qırıcı təyyarə gövdəsi üzərinə enib.
Eniş zamanı təyyarənin aşağı hissəsindən alov qalxıb. Qırıcı uçuş-enmə zolağının ortasında yanmağa başlayıb.
Pilot hadisədən sağ çıxıb.
Yanğına görə hava limanı müvəqqəti bağlanıb.
Bahar Babaşova, BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər