Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq

10 Jul 2026, 17:55 22 baxış Admin
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər