Cəmiyyət

Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO

10 Jul 2026, 18:09 23 baxış Admin
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinə yeni rəhbər təyin olunub.

News24.az xəbər verir ki, bu barədə ali məktəbin rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Seyidzadə Heydər Əliyev Muzeyinin müdiri vəzifəsinə gətirilib. O, əvvəllər adıçəkilən muzeydə mütəxəssis vəzifəsində işləyib.

Qeyd edək ki, BDU-nun Heydər Əliyev Muzeyinin əvvəlki müdiri, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova bu ilin fevralında vəfat edib.

Xatırladaq ki, universitetin Heydər Əliyev Muzeyi 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə fəaliyyətə başlayıb. /Ölkə.az/


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər