Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya
10 Jul 2026, 16:35
19 baxış
Admin
Burada bir şey deyə bilərəm ki, bu, çox həssas məsələdir.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin S-400-ləri satması haqda yayılan məlumata münasibət bildirərkən deyib.
“Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə təmaslarımız olub və əlaqələrimiz davam edəcək”, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi Türkiyənin S-400-ləri üçüncü ölkəyə satdığını qeyd etmişdi. Səlvi yazıb ki, bu ölkənin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər ola biləcəyi iddia edilir.
Mənbə:
bakupost.az