İsrail əhalinin yenidən sığınacaqlara enməsini istəmir
10 Jul 2026, 12:17
15 baxış
Admin
Vaşinqton müraciət edəcəyi təqdirdə İsrail ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarına yenidən qoşulmağa hazırdır.
News24.az xəbər verir ki, bu barədə İsraildəki mənbələrə istinadən “New York Post “(NYP) qəzeti məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, İsrail lazım gələrsə, ABŞ-yə dəstək verməyə hazırdır, lakin ölkə əhalinin yenidən sığınacaqlara enməli olduğu dövrə qayıtmasını istəmədiyini vurğulayıb.
Mənbə:
news24.az