İranda ardıcıl partlayışlar baş verdi
09 Jul 2026, 23:31
26 baxış
Admin
İranın Kunarək, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.
News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərqindəki Kunarək liman şəhərində üç partlayış eşidilib. Daha iki partlayış Buşehr ətrafında və Çoqadak şəhərində baş verib.
Mümkün dağıntı və ya tələfat barədə informasiya yoxdur.
Mənbə:
news24.az