Payız tətili başa çatdı, dərslər başlayır
22 Nov 2026, 21:38
2 baxış
Admin
2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başa çatıb.
News24.az xəbər verir ki, noyabrın 16–20-ni əhatə edən beşgünlük payız tətili bitib.
6 günlük təhsil həftəsi tətbiq edilən məktəblərdə dərslər noyabrın 21-də başlayıb.
5 günlük təhsil həftəsi tətbiq edilən məktəblərdə isə ilk dərs günü noyabrın 23-nə (bazar ertəsi) təsadüf edir.
Mənbə:
news24.az