Ukrayna ABŞ-dan zenit raketləri alacaq - Zelenski
09 Jul 2026, 22:44
6 baxış
Admin
Yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketləri tədarük edəcək.
"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin sualını cavablandırarkən deyib.
"Yaxın günlərdə biz ABŞ-dən bir partiya alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub (Ankarada keçirilən NATO sammiti çərçivəsində - red.). Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə PAC-3-lər olacaq", – Ukrayna lideri bildirib.
Mənbə:
bakupost.az