Ermənistanda müxalif partiyanın üzvü saxlanıldı
09 Jul 2026, 11:01
14 baxış
Admin
Ermənistanda müxalif "Ana Ermənistan" Partiyasının üzvü Areknaz Manukyan saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
"Areknaz Manukyana qarşı Cinayət Məcəlləsinin 427.1-ci maddəsi (dövlət sirri təşkil edən məlumatların açıqlanması) ilə cinayət təqibi başlanılıb. O, saxlanılıb", – deyə İstintaq Komitəsindən bildirilib.
Qurum əlavə edib ki, Manukyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunacaq.
Mənbə:
news24.az