Valideynlərin NƏZƏRİNƏ:
08 Jul 2026, 18:54
16 baxış
Admin
Azərbaycan bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları çərçivəsində məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.
"Bakupost" xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbul 12 sentyabr tarixində yekunlaşacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Mənbə:
bakupost.az