Cəmiyyət

Azərbaycan ilə bu ölkə viza rejimini ləğv edir

08 Jul 2026, 12:40 16 baxış Admin
Azərbaycan ilə bu ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.


Bu barədə "Bakupost" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.


Bildirilib ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.
XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Qeyd edilib ki, imzalanan sənədlərin humanitar əlaqələrin asanlaşdırılmasına, eləcə də turizm, biznes, iqtisadiyyat və enerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər