Həkəri çayında batan şəxsin axtarışları davam etdirilir - VİDEO
08 Jul 2026, 11:49
16 baxış
Admin
4 iyul 2027-ci il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir.
News24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Mənbə:
news24.az