Cəmiyyət

Nazirdən "rus sektoru daha üstündür" iddiasına KƏSKİN CAVAB

30 Jun 2026, 15:55 21 baxış Admin
Nazirdən "rus sektoru daha üstündür" iddiasına KƏSKİN CAVAB

“Rus sektoru”nun digər bölmələrdən daha üstün olması sadəcə bir mifdir.

News24.az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, dövlət vətəndaşların təhsil dili seçiminə müdaxilə etmir və hər kəs bu seçimi sərbəst şəkildə həyata keçirir:

"Biz heç bir vətəndaşa övladınızı hansı sektorda təhsilə yönləndirin deyə bilmərik. Bizdə başqa dillərdə də məktəblər var".

Emin Əmrullayev rus dilində təhsilin keyfiyyət baxımından digər bölmələrdən fərqləndiyinə dair fikirlərə də münasibət bildirib. Nazir vurğulayıb ki, rus sektorunda təhsilin Azərbaycan bölməsindən daha üstün olması barədə gəzən fikirlər sadəcə olaraq əsassız bir mifdən ibarətdir. (Modern.az)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər