Cəmiyyət

Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama -

25 Jun 2026, 11:51 1 baxış Admin
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama -

Müştərlərin heç bir vəsaitinin yoxa çıxmasından söhbət gedə bilməz. Artıq bütün hesab balansları bərpa olunmaq üzrədir. Saat 12:00-a qədər məsələ tam həllini tapacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, ötən gün günorta saatlarında ABB-nin bəzi müştərilərinin kartlarından vəsaitlərin silinməsi baş vermişdi. Mərkəzi Bank hadisənin kiberhücum deyil, texniki səbəbdən baş verdiyini açıqlamışdı.
Dünən axşama doğru artıq müştərilərin böyük əksəriyyətinin öz mobil tətbiqinə daxil olmaqda və balansından istifadədə hər hansı problem qalmamışdı.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər