Kriminal

Bilgəhdə batanlar tələbə imiş - Video

21 Sep 2026, 09:35 1 baxış Admin
Bilgəhdə batanlar tələbə imiş - Video

Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.

News24.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, həmin gün 3 qrup yoldaşı çimərliyə gedib.

Onlardan ikisi - Elmin Əmrəliyev və Əlipaşa Əlizadə dənizə daxil olduqdan sonra gözdən itib. Onların batdığını görən dostu isə aidiyyəti üzrə məlumat verib.

Batan şəxslərdən birinin Bərdədən olduğu bilidirilir.

Yaxınlarının sözlərinə görə onlar bir həftə olar ki, yataqxanada birlikdə qalırmışlar.

Qeyd olunub ki, qrup yoldaşları Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbələri imiş.

Daha ətraflı videomaterialda:

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər