Yol qəzasında itirdiyi qızına mahnı yazdı - VİDEO
Tanınmış vəkil Fərhad Mehdiyev iyunun 16-da qızı Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada faciəli şəkildə həyatını itirən Zəhra Mehdizadəyə mahı bəstələyib.
News24.az xəbər verir ki, bu barədə vəkil sosial media hesabında paylaşım edib.
"Zəhramın gedişindən 94 gün keçib, amma dünya və zaman sanki o gündən dayanıb.
Beynim hər şeyi 16 iyundan əvvələ bağlayır. Novruz bayramında o hələ yaşayırdı, mənim ad günümdə də. Filan tarixdə də. Filankəsin toyunda da.
Həyatdakı ümidlərim, zövqlərim, əyləncəm - elə bir heç biri yox idi. Mən heç vaxt öz insanlığımı, ləyaqətimi itirməməyə çalışdım, amma itirdiyim onlardan daha böyük bir cəza kimi oldu, - qızım.
Onun ölümünü heç vaxt qəbul edə bilməyəcəm, buna gücüm çatmayacaq. Tanrıya soruşduğum suallar da öz cavabını tapmayacaq. Ramazan ayı gələndə oruc tutacam amma, Tanrıya küskünlüyüm keçməyəcək. Zəhraya bir mahnı hazırlamışam. Ona qarşı olan hisslərim zatən ya bir nəğmədir, ya da bir şer. Bu da bizi insan edir", - deyə vəkil qeyd edib.