Cəmiyyət

Bakıda 21 yaşlı oğlan dənizdə batdı

25 Jun 2026, 10:27 1 baxış Admin
Bakıda 21 yaşlı oğlan dənizdə batdı

Bakıda daha bir gənc çimərlikdə batıb.
Bu barədə Bakupost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, hadisə iyunun 21-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.
Dənizdə nəzarətsiz ərazidə batan 21 yaşlı Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər