Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO
24 Jun 2026, 23:36
3 baxış
Admin
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni onun həmyerlisi törədib. Hadisəyə səbəb onlar arasında baş verən mübahisə olub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qaziyə ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatı araşdırmanın nəticəsindən asılı olaraq açıqlanacaq.
Mənbə:
bakupost.az