Cəmiyyət

Onların imtahan nəticələri ləğv edildi

24 Jun 2026, 21:19 3 baxış Admin
Onların imtahan nəticələri ləğv edildi

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə iyunun 7-də keçirilən qəbul imtahanında iştirak etmək üçün ərizə təsdiq etmiş 40 504 abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər) 1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər) imtahanda iştirak etməyib.

News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər