İqtisadiyyat

Maşın və ev sahibləri üçün yeni qaydalar - Nələr nəzərdə tutulur? - AÇIQLAMA

24 Jun 2026, 17:54 4 baxış Admin
Maşın və ev sahibləri üçün yeni qaydalar - Nələr nəzərdə tutulur? - AÇIQLAMA

Azərbaycanda avtomobillərin könüllü sığortası hesab edilən KASKO üzrə yeni dəyişikliklər hazırlanır. Mərkəzi Bankın açıqlamasına görə, yeniliklər sığorta müqavilələrinin daha aydın və şəffaf olmasına, sürücülərlə sığorta şirkətləri arasında hüquq və öhdəliklərin dəqiq müəyyənləşdirilməsinə, həmçinin, müştəri məmnuniyyətinin artırılmasına xidmət edəcək.

Hələlik dəyişikliklərin detalları açıqlanmasa da, bu yeniliklərin KASKO müqavilələrinin şərtlərinə, sığorta ödənişlərinin həyata keçirilməsi qaydalarına və sürücülərin hüquqlarının müdafiəsinə təsir göstərə biləcəyi gözlənilir.

Bəs KASKO sığortasında hansı dəyişikliklər tətbiq oluna bilər? Gözlənilən yeniliklər avtomobil sahibləri üçün hansı üstünlükləri və ya əlavə öhdəlikləri yarada bilər?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən hüquqşunas Əkrəm Həsənov qeyd edib ki, bu məsələlər daha dəqiq şəkildə qanunvericilikdə əksini tapmalıdır: "Məsələn, sığorta müqavilələrinin müəyyən müddəaları qanunda aydın şəkildə göstərilə bilər ki, sonradan sığorta şirkətləri həmin şərtləri müqavilədə ikimənalı formada yaza bilməsinlər.

Amma bu, mütləq qanunla tənzimlənməlidir. Çünki Mərkəzi Bankın müştəri ilə sığorta şirkəti arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə edib şərtləri müəyyən etmək səlahiyyəti yoxdur.

Bu baxımdan mən anlaya bilmirəm ki, Mərkəzi Bank bunu necə həyata keçirəcək. Əgər belə bir dəyişiklik nəzərdə tutulursa, deməli, qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir və bu barədə ictimaiyyətə məlumat verilməlidir".

Ekspertin sözlərinə görə, ümumilikdə problemin kökü qanunda yox, onun tətbiqindədir: "Məhkəmə təcrübəsində belə bir yanaşma formalaşmalıdır ki, sığorta şirkətlərinin müqavilələrə daxil etdiyi ikimənalı, gözlənilməz və müştərinin zərərinə olan müddəalar etibarsız hesab edilsin.

Əslində bununla bağlı qanunvericilikdə normalar mövcuddur. Mülki Məcəllədə “müqavilənin standart şərtləri” anlayışı nəzərdə tutulub. Həmin normalara görə, sahibkar istehlakçı ilə müqavilə bağlayarkən müştərinin zərərinə olan müddəaları müqaviləyə daxil edib ona imzalatsa belə, belə şərtlər etibarsız sayıla bilər.”

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər