Süni göldə boğularaq öldü
19 Jun 2026, 19:08
2 baxış
Admin
Xaçmaz sakini göldə boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə iyunun 18-i saat 17 radələrində rayonun Manafoba kəndində baş verib.
1976-cı il təvəllüdlü Hacıbaba Mustafayev həyətindəki süni suvarma gölünə düşərək boğulub.
Onun meyiti sudan çıxarılaraq təhvil verilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)
Mənbə:
news24.az