Caner Erkin kariyerasını bitirdi
19 Jun 2026, 14:36
2 baxış
Admin
Türkiyə millisinin sabiq futbolçusu Caner Erkin 37 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
News24.az xəbər verir ki, “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, ÇSKA Moskva və “İnter” kimi klublarda çıxış edən təcrübəli müdafiəçi qərarını sosial şəbəkə hesabında elan edib.
Karyerası ərzində 628 oyuna çıxan Caner Erkin 45 qol vurub, 133 məhsuldar ötürmə edib. O, Türkiyə millisində isə 63 oyun keçirib.
Mənbə:
news24.az