İdman

Qətər futbolçusu həmin hadisəyə görə üzr istədi

19 Jun 2026, 13:28 3 baxış Admin
Qətər futbolçusu həmin hadisəyə görə üzr istədi

Qətər millisinin yarımmüdafiəçisi Assim Madibo 2026-cı il Dünya Kubokunun qrup mərhələsi matçında aldığı ağır zədəyə görə Kanada millisinin oyunçusu İsmael Konedən üzr istəyib.

News24.az xəbər verir ki, bu barədə Kanada millisinin baş məşqçisi Cessi Marş mətbuat konfransında bildirib .

Mütəxəssisin sözlərinə görə, qətərli oyunçu Kanada komandasının soyunma otağına daxil olub. "O, İsmaeldən üzr istəyib. Komanda ona baş verənlər barədə məlumat verib", - deyə Marş bildirib.

Hadisə matçın 51-ci dəqiqəsində baş verib. Sərt qayda pozuntusu nəticəsində Madibo Konenin fibula və baldır sümüyünün sınığı qeydə alınıb. Qətərli oyunçu meydandan qovulub, kanadalı isə xəstəxanaya aparılıb. O, beş aya qədər meydanlardan kənar qalacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər