Kriminal

Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü

19 Jun 2026, 12:33 1 baxış Admin
Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü

Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib.

News24.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova iyunun 19-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, hadisə iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov ölüb./Unikal/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər