“Qarabağ”ın bir oyunu ləğv edildi
19 Jun 2026, 12:54
1 baxış
Admin
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
News24.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, iyunun 27-də Avstriyada Azərbaycan çempionu “Qarabağ”a qarşı planlaşdırılan yoxlama görüşü ləğv edilib. Bu qərarın verilməsinə hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb olub.
Belə ki, tərəflər Avroliqada ilk mərhələni uğurla keçəcəkləri təqdirdə növbəti raundda üz-üzə gələ bilərlər./Qafqazinfo/
Mənbə:
news24.az