Sumqayıtda dostlar arasında dava bıçaqlanma ilə nəticələndi
19 Jun 2026, 00:43
1 baxış
Admin
Sumqayıt şəhərində 33 yaşlı şəxs bıçaqlanıb.
News24.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Muxtar Məhəmməd oğlu Hüseynov dostu 1993-cü il təvəllüdlü Şirin Nizami oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.
Hadisənin münaqişə zəminində baş verildiyi bildirilir.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)
Mənbə:
news24.az