Kriminal

Qeyri-adi xilasetmə əməliyyatı: qadının göz qapağına zəncirbənd ilişdi – VİDEO

18 Jun 2026, 19:53 4 baxış Admin
Qeyri-adi xilasetmə əməliyyatı: qadının göz qapağına zəncirbənd ilişdi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, nəlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər