60 yaşlı kişi kanalda batdı
18 Jun 2026, 17:45
5 baxış
Admin
Ağdaş sakini kanalda boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib.
Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb.
Z.Zakirovun meyiti sudan çıxarılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo/
Mənbə:
news24.az