Kriminal

At hürkərək gənc turisti öldürüdü

18 Jun 2026, 16:44 4 baxış Admin
At hürkərək gənc turisti öldürüdü

18 yaşlı hindistanlı turist Romanç Mahacanı əyləncə üçün mindiyi arabanın qoşulduğu at hürkərək öldürüb. Hadisə Nyu-Yorkda baş verib.

News24.az xəbər verir ki, turist ailəsi ilə birgə at arabasında şəhər mərkəzində gəzintiyə çıxıb. Mərkəzi Parkdan keçərkən ailə şəkli çəkdirmək istəyib. Arabaçı Çerri Hil Fəvvarəsinin yanında arabanı saxlayıb. Bu dəmdə qoşqunu aparan at qorxaraq səkiyə, ordan da qazona qaçıb. Atın hürkməsindən panikaya düşən Mahacanın anası arabadan yıxılıb. Gənc anasını xilas etmək onun ardınca atılıb və başı üstə yerə çaxılıb. Nəticədə o, aldığı xəsarətdən həyatını itirib. Ailənin digər üzvləri də ciddi xəsarətlər alıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər