Yevlaxda güllə xəsarəti alan 64 yaşlı kişi öldü
18 Jun 2026, 12:10
3 baxış
Admin
Yevlax rayonunda güllə xəsarətləri alan şəxs ölüb.
News24.az xəbər verir ki, iyunun 17-si saat 20 radələrində Mingəçevir şəhər sakini 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov Əkşəm kəndinin ərazisində atasına məxsus evdə xəsarət alıb.
Onun ov tüfəngindən açılan atəşdən sonra ağır yaralandığı və qanaxmadan öldüyü bildirilib.
Hadisə yerindən Ə.Pirimova məxsus müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/
Mənbə:
news24.az