Kriminal

Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı

23 Nov 2026, 00:01 2 baxış Admin
Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı

Xaçmaz-Quba avtomobil yolunda iki avtomobil toqquşub.

News24.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında yolun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” nin sürücüsü və avtomobildə olan altı nəfər, Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri bir ailənin üzvləri olan ata, ana və onların dörd qız övladları xəsarət alaraq,  Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər