Cəmiyyət

İcra başçısından bazarda yaşlı satıcılara "sən" xitabı: "Siz" hara yoxa çıxdı? -

23 Nov 2026, 01:20 2 baxış Admin
İcra başçısından bazarda yaşlı satıcılara "sən" xitabı: "Siz" hara yoxa çıxdı? -

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə gündəm olub.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, icra başçısı bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiyməti, satış vəziyyəti və gündəlik ticarətlə maraqlanıb.
O, satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib.
Videoda icra başçısının sakinlərlə söhbət zamanı azı iki nəfər yaşlı vətəndaşa "sən" deyə müraciət etdiyi görünür. Azərbaycanda yaşlı insanlara və özündən böyüklərə "siz" deyə xitab etmək hörmət ifadəsidir. Səmimi söhbətdə də bu müraciət formasını qorumaq mümkündür.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər