Prokuror "Arzum"a cəza istədi
18 Jun 2026, 11:21
2 baxış
Admin
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakupost.az Unikal.az-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.
Proses çıxışlarla davam edir.
Mənbə:
bakupost.az