Cəmiyyət

Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğuldu

18 Jun 2026, 10:22 1 baxış Admin
Ötən dövr ərzində 980 əkiz, 39 üçəm doğuldu

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may aylarında 28631 doğulan körpə qeydə alınıb.

News24.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb. Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər