40 yaşdan sonra hansı əti yeməliyik?
18 Jun 2026, 09:09
1 baxış
Admin
40 yaşdan yuxarı insanlar üçün kifayət qədər dəmir səviyyəsini qorumaq çox vacibdir.
Bakupost.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Oleq Qrinvud açıqlamasında dəmir bədənin böyüməsi və inkişafı üçün əsasən məsuliyyət daşıyan vacib bir mineraldır deyib.
Bundan əlavə, dəmir olmadan bədəndə oksigen daşıyan hemoglobinin normal istehsalı mümkün deyil. Maddələr mübadiləsi də bundan asılıdır:
"İki növ dəmir var. Gem dəmiri heyvan ətində və dəniz məhsullarında olur. Bu, bədən tərəfindən ən asan mənimsənilən dəmirdir. Gem olmayan dəmir bitki mənşəli qidalarda olur və bunların da istehlakı vacibdir".
Mütəxəssis 40 yaşdan yuxarı insanlar üçün ən sağlam ət növünü açıqlayıb:
- Yağsız mal əti
- Donuz əti
Dərisiz toyuq və ya hinduşka döşü
Dieytoloq izah edib ki, gem dəmiri ilə zəngin olan bu ətlərin kifayət qədər istehlakı maddələr mübadiləsini stimullaşdırır.
Mənbə:
bakupost.az