Cəmiyyət

Şahbuzda hərbi sursat aşkar edildi

17 Jun 2026, 11:51 1 baxış Admin
Şahbuzda hərbi sursat aşkar edildi

Polis əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində hərbi sursat aşkar edilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd “RPQ-7” tipli tank əlehinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər