Ağdərədə avtomobil aşdı - Xəsarət alanlar var
17 Jun 2026, 09:53
5 baxış
Admin
Ağdərə rayonunda avtomobil aşıb, üç nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə Çardaqlı kəndində qeydə alınıb.
Belə ki, NİVA markalı minik avtomobilinin aşması nəticəsində sürücü İsa Ağayev, atası Bayram Ağayev və sərnişini Samor Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. /Report.az/
Mənbə:
news24.az